Şərik axtarılır . Salam. Restoran özümündür. Şəxsi obyektimdir. Ən böyük müsbət tərəf elə buradadır. Artıq 13 ildən çoxdur ki özümüz işlədirik. Və açılan bir gündən 24 saat fəaliyyət göstərir. Restoran əvvəl bir mərtəbəli idi sonra ikinci mərtəbəsinin artırdıq. Həddindən çox xərcim çıxdı tikintiyə. Birinci mərtəbə yenə öz qaydasında işləyir əvvəl necə indi də elə. İkinci mərtəbənin remontu yarımçıq qalıb və içərisinə mebel remontu dizayn bir sözlə sırf bunun üçün şərik axtarıram. 3 mərtəbəli restorandır. Hər mərtəbəsi 350 kv. Mansardi da var. Bankdan biznes krediti götürə bilmirəm yoxsa heç qardaşımı da şərik eləməzdim bu qədər əziyyətdən sonra. Xahiş edirəm real ciddi pul qazanmaq istəyən adamlar əlaqə saxlasın. Ölkədə kafe restoran sahəsindən başqa onsuzda heçbir sahədə normal qazanc yoxdur. Real iş görmək istəyən şəxslər əlaqə saxlasın danışaq ətraflı