Gümüşü rəngli bu sikkə Niderlanda (Hollandiyaya) məxsusdur. Euro zonasına keçməzdən əvvəl ölkənin istifadə etdiyi rəsmi pul vahididir. Aşağı hissədə böyük hərflərlə NEDERLAND yazısını görə bilərsiniz. Kral tacının sol və sağ tərəflərində aydın şəkildə 1967 ili həkk olunub. Mərkəzdə Niderlandın kral gerbi əks olunub: tacla bəzədilmiş qalxanın içində əlində qılınc və oxlar tutan şahə qalxmış Nassau şiri təsvir edilib. Qeyd edim ki, Niderland məhz 1967-ci ilə qədər 1 quldenləri gümüşdən istehsal edirdi, lakin elə 1967-ci ildən etibarən metalın tərkibi tamamilə nikelə dəyişdirildi. Sikkə bu nikel seriyasının ilk ilidir onun üçündə kolleksiyaçılar tərəfindən axtarılan parçadır. Nikel çox sərt metal olduğu üçün üzərindəki detallar inanılmaz dərəcədə təmiz qalıb. Kolleksiyanızda parıltısı və kəskin detalları ilə göz oxşayan, Avropanın ən köklü krallıqlarından birinin pul tarixini əks etdirən çox gözəl və təmiz bir parçadır! 20 yanvarda Melissa park yaşayış kompleksindən götürə bilərsiniz. Taksi ilə ödənişli çatdırılma mövcuddur. Wp aktivdir.