Mühərrik daxili yuyulması və yağ sistemi təmizlənməsi xidməti göstərilməklə yağ yemənin qarşısının alınması. Prosedurdan öncə silindrlərin vəziyyətinin endoskopla yoxlanılması, dərin cızıq və yeyinti varsa prosedur həyata keçirilmir. Və bu texniki baxış ödənişsizdir. - Prosedura başlanarsa, porşenlər və kolsaların yağ şlakından azad olunaraq təmizlənməsi. Mühərrik karteri, yağ qəbuledicisi (yağ nasosunun süzgəci), klapan qapağıaltı hissə və kanalların peşəkar təmizlənməsi - Qatı çöküntü, lak və şlamın mexaniki və kimyəvi üsulla çıxarılması - Yağ kanallarının yuyulması, klapan mexanizminin və eksantrik valların kir və qatqıdan azad olunması - Aşağı yağ təzyiqi, yağ aclığına səbəb olan tıxanmaların aradan qaldırılması, yağ dövranının bərpası - Soyuq işə salmada səsin azalmasına, yağ sərfi və qoxunun aradanqalxmasına kömək edən profilaktika Uyğundur: - Uzunmüddətli yağ dəyişimi gecikmiş, keyfiyyətsiz yağ tökməklə və qatı çöküntü yaranmış yağ yeyən mühərriklər üçün İş prosesi şəkillərdə: çirkli vəziyyət → karter və yağ qəbuledicisinin tam təmizlənməsi → yığılmadan sonrakı səliqəli vəziyyət. Avtoboks Bakı şəhəri, Çermet körpüsü yanında yerləşir. İşin görülməsi barədə videoya baxmaq üçün vatsapa yazın