Təkərli oturacaq – çoxfunksiyalı, alüminium/xrom karkaslı model. Xüsusiyyətlər: - Yüksək dayaq və baş üçün yumşaq yastıq - Qalın, süni dəri oturacaq və bel hissəsi – nəm tutmur, asan silinir - Qol dayaqları yumşaq, tutacaqlar arxadan itələmə üçün rahat - Ayaqaltılar ayrı-ayrılıqda tənzimlənir və qaldırılır; baldır üçün əlavə yumşaq qoruyucular - Ön kiçik dönər təkərlər, arxa böyük təkərlər əl halqaları ilə idarə olunur - Hər iki arxa təkərdə mexaniki əyləc - Stabilizasiya üçün arxa anti-tip kiçik təkərlər - Çərçivə qatlanan konstruksiyalı (saxlama və daşımada rahat) - Yan tərəflərdə qoruyucu panellər - Oturacaqda sanitar istifadə üçün çıxarıla bilən orta hissə qapağı Ev daxilində və küçədə istifadəyə uyğundur, xəstə və yaşlıların rahat daşınması üçün nəzərdə tutulub.