Ağ rəngli, yastıburun, uzun tüklü pişik (ekzotik tip görünüşlü). Sakit və mehriban xarakterlidir, qucaq sevməyi var. Ev şəraitinə uyğun, pəncərə kənarında dincəlməyi və günəşlənməyi xoşlayır. Təmiz, baxımlı, daraqlanmağa öyrəşib. Zibil qabından istifadə edir. Boynunda sarı rəngli zınqırovlu yaxalıq və dekorativ şarf var. Şəhər mənzilinə və ya sakit ailə mühitinə rahat adaptasiya olur, digər ev heyvanlarına qarşı aqressiv deyil. Aksesuarları (yaxalıq, zınqırov) üzərində verilir.