Salam. İş nədən ibarətdir qeyd edirəm: Ərazi işidir. İşə götürülən şəxsə siyahı verilir ki gündəlik hansı ərazini və hansı obyektləri gedib gəzmək lazımdır və bizim şirkətin xidmətlərini təklif etmək lazımdır. Yəni müştəri ilə danışıq aparıb yeni müştərilər cəlb edəcək və qarşılığında hər cəlb etdiyi müştərinin ödədiyi xidmət haqqınnan aylıq 30 faiz xidmət haqqı alacaq. Əmək haqqı stabil deyil, faiz ilə formalaşır nə qədər çox müştəri cəlb edirsə o qədər çox qazanc olur. Məsələn 20 müştəri cəlb edibsə hər müştəri aylıq 100 manat xidmət haqqı ödəyirsə bu eliyir 2000 manat. Satış meneceri isə 2000 manat pulun 30 faizini alır yəni 600 manat maaş olur. İş sərbəst qrafikdir. İş daha ətraflı izah olunacaq necə danışmaq təqdim etmək lazımdır. Nəqliyyat xərci əraziyə uyğun olaraq ödənilir. Ciddi, məsuliyyətli, satış və biznes xidmətləri sahəsində karyera qurmaq istəyən, həvəsli, ünsiyyət qurma və müştəri cəlb etmə bacarığı olan bəylər və xanımlar müraciət edə bilər.