👨🍳 İş Axtarıram: Soyuq Bölüm / Aşpaz Köməkçisi Salam hər kəsə! Mətbəx sahəsində özümü inkişaf etdirmək üçün Soyuq bölüm (Xalodni) və ya Aşpaz köməkçisi vakansiyaları üçün aktiv iş axtarışındayam. Yaşım 17-dir, işə rəsmi qəbul üçün valideyn icazəm və sənədlərim qaydasındadır. 📌 Təcrübəm: Etiler restoranı – Aşpaz köməkçisi (5 ay) Ethno style restoran – Soyuq bölüm (1 ay) 🛠 Bacarıq və Biliklərim: Mətbəxin təməl qaydalarını, FIFO, Mise en place (Mezanplas) və bazarovka etməyi bilirəm. İşi tez qavrayıram; menyudakı sifarişlərin hazırlanması bir dəfə göstərildikdə sərbəst şəkildə verə bilirəm. Üstünlüyü soyuq bölümə versəm də, ehtiyac olduqda digər bölümlərə də tez adaptasiya ola bilərəm. Nizam-intizamlı və öyrənməyə həvəsli bir komanda üzvü axtarırsınızsa, mənimlə əlaqə saxlaya bilərsiniz. 📩 Əlaqə üçün: [050 472 68 85 ] 📍Lokasiya: [Bakı,Bineqedi]