Tapdı🛒 Mallar (yeni/işlənmiş)Bakı

XIX Əsr Antik Fransız Lampası — Xan Sarayı Kolleksiya Səviyyəsində

1 499 AZN
⚠️ Bu elan 240 gün əvvəl yerləşdirilib. Vaxtı çox ötüb — qiymət/əlçatanlıq dəyişmiş ola bilər.

Təsvir

XIX Əsr Antik Fransız Lampası — Xan Sarayı Kolleksiya Səviyyəsində Antik Əsər XIX əsrə aid Fransa istehsalı olan bu nadir antik lampa, dövrünün zadəgan interyerlərinə xas zərifliyi və incə sənətkarlığı ilə seçilir. Tarixi mənbələrə əsasən, bu Fransız lampası XIX əsrdə Lənkəran xanı tərəfindən xanımına hədiyyə olaraq Fransadan gətirilmiş və Xan Sarayının xüsusi otaqlarında istifadə edilmişdir. Hazırda həmin lampa Lənkərandakı Xan Sarayı muzeyində ekspozisiya çərçivəsində nümayiş etdirilir. Bu fakt onu təkcə dekorativ əşya deyil, eyni zamanda yüksək tarixi və kolleksiya dəyərinə malik nadir nümunə kimi önə çıxarır. Lampa orijinallığını qoruyub saxlanılıb, klassik və antik interyerlər üçün ideal seçimdir. Kolleksiyaçılar, muzey həvəskarları və prestijli məkanlar üçün nadir tapıntıdır. 📌 Xüsusiyyətlər: Dövr: XIX əsr Mənşə: Fransa Dekorativ / kolleksiyacılar üçün Qeyd: Qiymət 1 ədədi üçün nəzərdə tutulmuşdur. Əlavə məlumat üçün əlaqə saxlayın.