Tapdı › 🛒 Mallar (yeni/işlənmiş) › Saray

VAZ (LADA) 2106: 1.1 l | 1990 il 8988 km Sedan

4 000 AZN
⚠️ Bu elan 149 gün əvvəl yerləşdirilib. Vaxtı çox ötüb — qiymət/əlçatanlıq dəyişmiş ola bilər.

Təsvir

Maşın 0-dan sökülüb atam üçün yeni yığdırmışdım. 1 ay yarımdı çıxıb ustadan. Mator yeni yığılıb qoyulub üstünə, karobka 5 yeni yığılıb qoyulub, most servisdə yığılıb. Maşının üstündə sadəcə kardan dəyişilmiyib maşının öz üstündə olandı. Park radar sistemi, pioner sensor televizor. Ön qapılarında kalonka, şüşələrin avtomatik enib qalxması. Yeni akkumlyator 1 il qarantili. Dəri arxa və ön oturacaqlar. Dəri qabaq panel. Şüşə silən baçoku, şüşə silən matoru. Naklatkalar ən yaxşısından dəyişəndən sonra 2 gün cəmi sürülüb. Palos oxları və s. saatına qədər işıqlı yığılıb işləyir. Sayacaq çox şey var. Maşında kardandan başqa hər bir xırda detalından hər şeyinə qədər dəyişilib yığılıb. İyunun 20si manevr edən zaman qəzaya uğradıq. Sağ tərəfdən maşın vuruldu. Kuzov hal hazırda dəyişilməlidi. Kuzov dəyişiləndən sonrada otur sür maşındı. Ən azı 2-3 il sadəcə benzinin suyun tök sür. Xeyir işim olacaq deyə maşına ayıracaq vaxtım yoxdu. 06 həvəskarları sadəcə kuzovun dəyişib rahatlıqla sürə bilər. Maşın üçün alınan əlavə bəzək şeyləri və digər ehtiyat hissələri də maşının üstündə veriləcək. İstəyən olsa yeni 03 matoru yığdırmışdım bu maşın üçün və üstündən çıxan 4 sürətlər qutusu Almaq istəyən olsa onuda razılaşəb verərəm.