Tapdı › 🛒 Mallar (yeni/işlənmiş) › Bakı

Poco X7 Pro, 512 GB, rəng - Qara

550 AZN
⚠️ Bu elan 150 gün əvvəl yerləşdirilib. Vaxtı çox ötüb — qiymət/əlçatanlıq dəyişmiş ola bilər.

Təsvir

Salam. Şəxsi istifadəmdə olan POCO X7 Pro Black (Qara rəng) modelini satıram. Telefon tam ideal vəziyyətdədir, nöqtə belə cızıq, batıq və ya hər hansı bir kosmetik qüsuru yoxdur. İlk gündən çox səliqəli işlənib, təmirdə olmayıb, açılmayıb. İstənilən yerdə yoxlatdıra bilərsiniz. Əsl Oyun Canavarı axtaranlar üçün mükəmməl seçimdir: Ekran: 120 Hz yenilənmə tezliyi (Display) – Oyunlarda və menyuda inanılmaz dərəcədə axıcı, sürətli və hamar görüntü təmin edir. Hər bir toxunuşa anında reaksiya verir. Prosessor: Yüksək performanslı Dimensity 8400-Ultra – PUBG, Genshin Impact və digər ən ağır qrafikalı oyunları maksimum ayarlarda (60/90/120 FPS) donmadan, qızmadan rahatlıqla oynadır. Operativ Yaddaş (RAM): 12 GB RAM – Arxa fonda onlarla proqram və oyun eyni anda problemsiz işləyir. Yaddaş: 512 GB daxili yaddaş – İstədiyiniz qədər ağır oyun və video yükləyin, yaddaş problemi yaşamayacaqsınız. Kamera: 50 MP OIS – Optik sabitləşdirmə ilə həm gecə, həm gündüz mükəmməl çəkilişlər. Üzərində verilir: Orijinal öz qutusu, Orijinal 90W sürətli doldurma adapteri və kabeli. Rəsmi qeydiyyatlıdır, bütün şəbəkələri problemsiz dəstəkləyir. Barter olunmur, yalnız nağd satılır. Real alıcıya qiymətdə cüzi (simvolik) endirim edə bilərəm. Maraqlananlar zəng edə və ya WhatsApp vasitəsilə əlaqə saxlaya bilərlər.