Tapdı🛒 Mallar (yeni/işlənmiş)Bakı

28 May ərazisində, biznes mərkəzinin 5-ci mərtəbəsində yerləşən, 3

0 AZN

Təsvir

28 May ərazisində, biznes mərkəzinin 5-ci mərtəbəsində yerləşən, 3 ildən artıq fəaliyyət göstərən biznes təcili satılır. Salon tam təmirli, bütün mebel, avadanlıq və inventarla birlikdə təhvil verilir. Hazır biznes olaraq fəaliyyət göstərir və yeni sahib ilk gündən işə başlaya bilər. Üstünlüklər: • 24 saat kamera nəzarəti • 45.000+ izləyicili Instagram səhifəsi • Aktiv TikTok və Facebook səhifələri • 3 ildən çox fəaliyyət tarixi • Hazır və daimi müştəri bazası • Premium interyer və müasir dizayn • 2 ayrıca salon sahəsi • 4 manikür ustası hazır fəaliyyət göstərir • 1 vakant manikür yeri mövcuddur • 1 saç ustası hazır fəaliyyət göstərir • Əlavə 2 saç ustası üçün tam hazır iş yerləri • Kirpik ustası arenda əsasında fəaliyyət göstərir • Ayrı prosedur/kosmetologiya otağı • Bütün mebel, avadanlıq və inventar daxildir. İnstagram səhifəsini idarə edən SMM var. Kimlər üçün uyğundur? Bu sahədə çalışan ustalar Marketing sahəsində təcrübəsi olan gənc kadrlar Maliyyə sahəsində təcrübəsi olan gənc kadrlar 🔴 İstəyən olsa instagram səhifə və ya whatsappdan screnlər göndərilə bilər hər gün müştəri yazılır aktiv biznesdir batan biznes deyil. Diqqət : Biznes satılır otaq yox. Otaqlar biznes mərkəzindir və arendadadır Yerləşdiyi ərazi biznes üçün çox əlverişlidir. Salon Dillər Universiteti və Slavyan Universitetinin yaxınlığında yerləşir. Ətrafda çoxlu ofis, biznes mərkəzi və iş yerləri olduğundan uzun illər ərzində geniş və daimi müştəri bazası formalaşıb. Yeni sahibə istəyə uyğun olaraq 1 həftə ərzində salonun idarə olunması, iş sistemi, sosial şəbəkələrin idarəsi və müştəri bazasının təhvil verilməsi ilə bağlı dəstək göstərilə bilər. Salon tanınmış brend, hazır komanda və formalaşmış müştəri bazası ilə birlikdə satılır. Əlavə investisiya qoymadan fəaliyyətə davam etmək mümkündür. Satış səbəbi: İşimlə əlaqədar vöeni bağlamalıyam icazə olmayacaq işlətməyə ətrafda bu işlə məşğul olacaq potensiallı şəxs yoxdur. Qeyd: Salonu uzaqdan idarə edirəm baxmaq və danışmaq üçün əvvəlcədən wp əlaqə saxlayın