Sosial Dəstəkçi və Yol Yoldaşı (Xanım) tələb olunur İş barədə məlumat: 19 yaşlı gənc bəy üçün gündəlik həyatda dəstək olacaq və yoldaşlıq edəcək xanım işçi axtarılır. Gəncin ailəsi hazırda xaricdə yaşayır və o, burada təkdir. Yaşadığı aqorafobiya (açıq məkandan qorxu), panik atak və kəkələmə kimi narahatlıqlar səbəbindən təkbaşına çölə çıxmaqda, sosial mühitə adaptasiya olmaqda çətinlik çəkir. İşin məqsədi onunla dost olmaq, birlikdə gəzmək, söhbət etmək və cəmiyyətə qarışmasına kömək etməkdir. Vəzifələr: Gənclə birlikdə şəhəri gəzmək, kafelərə getmək və sosial fəaliyyətlərdə ona yoldaşlıq etmək. Ünsiyyət quraraq onun özünəinamını artırmaq. Həyəcan və ya panik anlarında yanında olub mənəvi dəstək vermək. Tələblər: Cins: Xanım. Turizm, otelçilik, müştəri xidmətləri və ya insanlarla aktiv ünsiyyət tələb edən digər sahələrdə təcrübəsi olanlara üstünlük verilir (insanlarla asan dil tapan və bələdçilik bacarığı olanlar). Səbirli, pozitiv, empatiya qabiliyyəti yüksək və anlayışlı. İş şəraiti: Əmək haqqı: 700 AZN. İş qrafiki: Sərbəst (gün ərzində gəzinti və fəaliyyət saatlarına uyğun olaraq tənzimlənəcək).