Tapdı🛒 Mallar (yeni/işlənmiş)Bakı

Xalça Dekorativ

1 250 AZN

Təsvir

Təcili satılır! 1945ci ildə Dərbənddən alınmış, nənəmin nənəsindən qalan ailə yadigarı qədim əl işi xalçadır. Klassik Dərbənd (Quba məktəbi) xalçaçılıq qrupuna aid unikal sənət əsəridir. Maşın xalçaları ilə bir tutmayın. ​Toxunma / Alınma ili: 1935-ci il (90 ildən çox yaşı var, orijinal antikvardır) ​Ölçüləri: Uzunluğu 2.50 m, eni 1.55 m ​Materialı: 100% təbii iplərlə, sıx və möhkəm əl toxunuşudur (şəkillərdə arxa ilmələrinin təmizliyi aydın görünür). ​Vəziyyəti: Yaşına görə çox ideal vəziyyətdə qorunub saxlanılıb. Rəngləri canlıdır, mərkəzində heç bir yırtıq, sökük, yeyilmə və ya keçəlləşmə yoxdur. Saçaqlarında yaşla bağlı təbii köhnəlmə var ki, bu da onun qədimliyini sübut edir. ​Kolleksionerlər, milli xalça sənətinə dəyər verənlər və qədim əşya həvəskarları üçün tapılmaz bir eksponatdır. Real alıcıya qiymətdə cüzi endirim yeri olacaq. Ciddi şəxslər əlaqə saxlasın.