İnşaatçılar m. GÖZƏLLİK SALONU ⛔ Maklerlər və vasitəçilər narahat etməsinlər! 📲 Əlaqə yalnız WhatsApp vasitəsilə. 🌟 HAZIR FƏALİYYƏT GÖSTƏRƏN GÖZƏLLİK SALONU – SAHİBİNDƏN İCARƏ! 📍 Yasamal r., Qələbə Residence (800 mənzil), İnşaatçılar metrosundan 3 dəqiqəlik piyada məsafə. 125 m², 1-ci mərtəbə, küçədən ayrıca giriş, zirzəmi deyil. Yeraltı parkinqdən birbaşa giriş mövcuddur. Salon 2021-ci ildən fəaliyyət göstərir. 💰 HAZIR KOMANDA VƏ GƏLİR Hazırda 8 əməkdaş icarə əsasında çalışır və ümumilikdə aylıq 2 250 AZN icarə haqqı ödəyir. Boş iş yerləri: • 6 stilist və kolorist üçün güzgülü iş yeri • 1 manikür yeri • 1 ayrıca kabinet (ofis) Boş yerləri icarəyə verməklə gəliri artırmaq mümkündür. Mövcud komanda qala bilər və ya yeni komanda gətirə bilərsiniz. 💇♀️ ƏSAS ZAL • 8 güzgülü saç ustası iş yeri • 4 manikür yeri (fərdi dolab və işıqlandırma) • 2 pedikür və 2 saç yuma kreslosu • Resepsion, gözləmə zonası, şüşəli vitrinlər • 19 litrlik sterilizasiya aparatı • Türkiyənin premium HANOĞLU firmasının kresloları 🚪 4 AYRICA KABİNET • Lazer – Candela aparatı üçün gücləndirilmiş elektrik xətti, ayrıca sayğac, havalandırma. • Masaj – çarpayı, dolablar və duş kabinəsi. • Kosmetologiya – sentrifuqa, dolablar, ikinci lazer aparatı üçün imkan. • Ofis – küçədən ayrıca girişi olan kabinet. ⚙️ TEXNİKİ İMKANLAR • Zal və 4 kabinetdə ayrı kondisionerlər • 7 zonalı isti döşəmə və termostat • Qaz kombisi və ehtiyat elektrik qızdırıcısı • Rekuperasiyalı havalandırma sistemi • Mobil izləmə imkanı olan kameralar • Hər otaqda tənzimlənən səs sistemi • Texniki otaq, dolablar, 9 kq paltaryuyan-quruducu • Tam təchiz olunmuş personal mətbəxi 🏙️ Ətrafda yaşayış binaları, məktəb, uşaq bağçası, marketlər, restoranlar və idman zalı mövcuddur. 💵 İCARƏ VƏ ƏLAVƏ XƏRCLƏR Sahibinə aylıq 2 600 AZN xalis icarə haqqı ödənilir. Bütün digər ödənişlər icarəçiyə aiddir. • İcarə vergisi – təqribən 85 AZN/ay • İnternet – 30 AZN/ay • Komendant pulu – 50 AZN/ay • Qaz – yayda 10, qışda 100–150 AZN • Elektrik – yayda 150–200, qışda 100 AZN • Su – 30–50 AZN • Reklam lövhəsi – 100 AZN/il • Yanğınsöndürən balonlar – 50 AZN/il • Digər xərclər (sadələşdirilmiş və ya gəlir vergisi, kassa aparatı, POS-terminal, mühasib, dezinseksiya və s.) – təqribən 100 AZN/ay • Müqavilənin rəsmiləşdirilməsi – birdəfəlik 150 AZN 📊 İcarədən əlavə aylıq cari xərclər orta hesabla 500 AZN təşkil edir. 📋 MÜQAVİLƏ ŞƏRTLƏRİ • Minimum müddət 12 ay. • Depozit 2 600 AZN. • 12 aydan əvvəl çıxıldıqda depozit qaytarılmır. • Rəsmi müqavilə bağlanılır. • İcarəçinin öz VÖEN-i olmalıdır. • Bütün vergi və rəsmiləşdirmə öhdəlikləri icarəçiyə aiddir. • Əməkdaşlar rəsmiləşdirmə xərcləri üçün icarədən əlavə aylıq 70 AZN ödəyirlər. 🛠️ İlk aylarda icarəçinin təqsiri olmadan yaranan texniki nasazlıqların həllində dəstək göstəriləcək. ❗ Endirim və ödəniş möhləti istəməyin. Salon hazır fəaliyyət göstərir və aylıq gəliri mövcuddur. Təcrübəli və məsuliyyətacli icarəçi axtarılır. 🕒 Baxış: 20:00-dan sonra