📢 MING'S RESTORANI ASİYA MƏTBƏXİNƏ İŞÇİ AXTARILIR! 🍜 Vakansiya: Aşpaz köməkçisi (WOK – xüsusi dərin tavada yemək bişirmə üzrə aşpaz olmaq imkanı ilə) ' Ming's ' Asiya mətbəxi komandamıza yeni əməkdaş dəvət edir! Namizədə tələblər: - 35 yaşadək (Bəy ) namizədlər; - Mətbəx sahəsində təcrübə arzuolunandır, lakin vacib deyil; - Təcrübəsi olmayan şəxslərə iş öyrədiləcək; - Əldən cəld, çevik və məsuliyyətli olmalı; - Komanda ilə işləməyi bacarmalı; - İş prosesini tez mənimsəməli və öyrənməyə həvəsli olmalı. 👨🍳 İş prosesi və inkişaf imkanı Restoranımızda Asiya mətbəxinə məxsus WOK (xüsusi dərin tava) texnikasından istifadə olunur. İşə başlayan əməkdaş ilk aylarda mətbəxin hazırlıq və köməkçi bölməsində fəaliyyət göstərəcək. İşin incəliklərini öyrəndikdən və təcrübə qazandıqdan sonra WOK tavalarında birbaşa aşpaz kimi fəaliyyətini davam etdirəcək. 💰 Əməkhaqqı (aylıq ödəniş): - İlk 1–2 ay: 500 AZN; - İş prosesini tam mənimsədikdən sonra: 600 AZN; - WOK tavalarında peşəkar səviyyədə fəaliyyət göstərən əməkdaşlar üçün daha yüksək maaş imkanı. 🕒 İş qrafiki: - Gündəlik 12 saat; SEHER 10:30 dan AXSAM 22:30-a dek - Həftədə 1 gün istirahət. ⚠️ Müraciət edənlərin diqqətinə !!! Mətbəxdə iş prosesi kifayət qədər intensiv və fiziki cəhətdən yorucudur. Bu səbəbdən işə ciddi yanaşan, özünə güvənən, məsuliyyətli və davamlı işləməyə hazır olan şəxslərin müraciət etməsi xahiş olunur. Xüsusilə İşə başlayıb bir neçə gündən sonra davam edə bilməyən şəxslərin müraciət etməməsi tövsiyə olunur!!! 📍 Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 147 (Tarqovu ərazisi). ❗ İşə qəbul üçün restorana şəxsən yaxınlaşmaq vacibdir. İş öyrənmək, təcrübə qazanmaq və gələcəkdə peşəkar aşpaz kimi yetişmək istəyənləri komandamıza dəvət edirik! Ming's – Birlikdə öyrənək, birlikdə inkişaf edək!