Vakansiya: İş icraçısı (Forman) Təsvir: - Tikinti sahələrində işlərin planlanması, icrasına nəzarət və koordinasiya - Briqadaların idarə olunması, gündəlik tapşırıqların paylanması - Təhlükəsizlik qaydalarına və keyfiyyət standartlarına riayətə nəzarət - İş qrafikinin və material ehtiyaclarının izlənməsi, hesabatların hazırlanması - Podratçı və təchizatçılarla işin uyğunlaşdırılması, obyekt üzrə operativ qərarların verilməsi Tələblər: - Təcrübə: 5 il - İş yeri: Sumqayıt şəhəri - Komandada çalışmaq bacarığı Üstün cəhətlər: - Tikinti texnologiyaları və layihə-smeta sənədləri ilə işləmə bacarığı - Rəhbərlik və kommunikasiya vərdişləri, problem həll etmə qabiliyyəti - İş texnikası və avadanlıqların iş prinsiplərini bilmə, əməyin mühafizəsi normalarına bələdlik