Tapdı › 🛒 Mallar (yeni/işlənmiş) › Bakı

Aşpaz tələb olunur, İsti sex, 18-29 yaş, Təcrübəsiz

200 AZN

Təsvir

Təqaüdlü Aşpazlıq kursuna tələbələr qəbul olunur. Kurs Dövlət Məşğulluq Agentliyinin tabeliyində olan Bakı Peşə Hazırlığı Mərkəzi ilə birgə fəaliyyət əsasında təşkil olunur, nəzəri və praktiki hissədən ibarət olmaqla peşə üzrə zəruri biliklərin öyrədilməsini nəzərdə tutur. Praktiki hissə "The bagel bar coffee house" filiallarında təşkil ediləcək. Kurs nələr vəd edir: - Avropa mətbəxi üzrə nəzəri və praktiki təcrübə qazanmaq - Real iş mühiti ilə tanışlıq və peşəkar aşpazlardan işin detallarını öyrənmək və tətbiq etmək - Kursu uğurla bitirdikdə sertifikat və işlə təmin olunmaq şansı - Aylıq təqaüd (200 AZN) Tələblər - Yaş aralığı: 18-30, Bakı ərazisində yaşayan işsiz və işaxtaran şəxslər - Müvafiq sahə üzrə işləmək və karyera qurmaq həvəsi olan şəxslər - Çeviklik, öyrənməyə açıq və həvəsli olmaq Namizədlər müraciətlərini "Aşpazlıq təcrübə proqramı" yazmaqla email ünvanına və ya nömrəyə whatsapp vasitəsilə ünvanlaya bilərlər.