Elektrik Köməkçisi vakansiyası - İş yeri: Sumqayıt - Namizədin Sumqayıt şəhərində yaşaması vacibdir. - Müvafiq sertifikatın olması mütləqdir. Məsuliyyətlər: - Elektrik avadanlıqlarının quraşdırılması və texniki baxışında ustaya kömək - Şit və paylayıcı panellərdə montaj, kabelçəkmə, birləşdirmə işləri - Alət və materialların hazırlanması, təhlükəsizlik qaydalarına riayət - Nasazlıqların aşkarında və aradan qaldırılmasında dəstək Tələb olunan bilik və bacarıqlar: - Elektrik şemaları və məftil işarələmələri üzrə baza anlayışı - Əl alətləri və ölçü cihazları ilə işləmə bacarığı - Təhlükəsizlik normaları və fərdi mühafizə vasitələrindən düzgün istifadə - Komanda ilə işləmə və tapşırıqları vaxtında yerinə yetirmə Qeyd: Uyğun sertifikat təqdim olunmalıdır.