Bu cihaz avtomobillərin elektron sistemlərinin diaqnostikası, xətaların oxunması və silinməsi, adaptasiyalar və müxtəlif parametrlərin tənzimlənməsi üçün nəzərdə tutulmuş peşəkar vasitədir. Bu cihaz Çin (MADE IN CHINA) istehsalıdır. Arxa hissəsindəki etiketdə rəsmi istehsalçı şirkət olaraq LAUNCH TECH CO., LTD. qeyd olunub (mərkəzi Çinin Şençjen şəhərində yerləşir). Bu marka dünya üzrə ən məşhur orijinal avtomobil diaqnostika avadanlıqları istehsalçılarından biridir