VAKANSİYA: ANBARDAR Mebel fabrikimizə məsuliyyətli, diqqətli və işində dəqiq olan anbardar tələb olunur. Vəzifə öhdəlikləri: • Malların sayılması və keyfiyyətinin yoxlanılması; • Anbara daxil olan və çıxan məhsulların qeydiyyatının aparılması; • Materialların istehsalata düzgün və vaxtında verilməsi; • Anbar qalıqlarına və inventarizasiyaya nəzarət; • Anbarda nizam-intizamın qorunması; • Tabeliyində olan əməkdaşlara tapşırıqlar vermək və tapşırıqların həllinə nəzarət. Namizədə tələblər: • Anbardar vəzifəsində ən az 3 il iş təcrübəsi; • Məsuliyyətli və dürüst olmaq, idarəçilik bacarıqlarına sahib olmaz; • Kompüter və Excel bilikləri; • 1C proqramını bilmək üstünlükdür; İş şəraiti: • İş yeri: Masazır (mütləq tələb) • Əmək haqqı: 1300 AZN • İş qrafiki: 6 gün • Əlaqə: (055) 683-97-52 (yalnız whatsappa yazın) QEYD: Mebel istehsalı sahəsində təcrübə arzuolunandır. Maraqlanan şəxslər qeyd olunan nömrə whatsappına yaza bilərlər.