Peşəkar tikiş avadanlıqları dəsti - DİT Interlock sənaye tikiş maşını: Çoxsaplı interlok tikişi üçün nəzərdə tutulub. Trikotaj və elastik parçalarda yan tikiş, büküm və örtmə tikişi yaradır. Tənzimlənən diferensial ötürücü, sap gərginliyi və tikiş uzunluğu ilə dəqiq işləmə imkanı. Üstdən sap verilişi üçün konus dayaqları, təhlükəsizlik qoruyucuları və iş masası ilə birlikdə. - DİT düz tikiş (1 iynəli) sənaye maşını: Yüksək sürətli düz tikiş üçün sabit işləyən model. Tikiş uzunluğunun tənzimi, arxatikiş düyməsi, yağlama sistemi və sap kəsici mexanizmi (modeldən asılı olaraq). İki konuslu sap dayağı, pedallı idarəetmə və xətkeşli iş masası komplektdə. - JDP ütüləmə masası və buxar generatoru: Geniş səthli, istiliyədavamlı üzlüyə malik peşəkar ütü masası. Ayrı buxar qazanlı sistem sabit buxar verilməsi ilə tikiş sonrası emal üçün uyğundur. Yan köməkçi qol (yubka/qol ütüləmə üçün) mövcuddur. Kabel və tutacaqlar komplektdə. - Tənzimlənən tikiş mankeni: Ölçülərin bir neçə nöqtədən (döş, bel, omba və s.) mexaniki tənzimlənməsi ilə paltarların prova və kalıpların qurulması üçün əlverişlidir. Bu dəst kiçik atelye və ya ev studiyası üçün uyğun tam iş mühiti yaradır: kəsimdən sonra düz tikiş, trikotaj məmulatları üçün interlok işləməsi və peşəkar ütüləmə prosesini təmin edir. Qiymətində cüzi endirim olacaq real sexslər narahat elesin