TƏNDİR VƏ ŞİRNİYYAT MAĞAZASINA İDARƏÇİ TƏLƏB OLUNUR İş yeri: Bakı, 9-cu mikrorayon ərazisi Təndir çörəyi, şirniyyat və yarımfabrikat məhsullarının istehsalı və satışı ilə məşğul olan mağazaya təcrübəli idarəçi axtarılır. Vəzifə öhdəlikləri: * Mağazanın gündəlik fəaliyyətini təşkil etmək və idarə etmək; * İşçilərin işinə nəzarət etmək və iş bölgüsü aparmaq; * Un, yağ, yumurta, süd məhsulları və digər ərzaqların sifarişini və tədarükünü təşkil etmək; * Məhsulların maya dəyərini, satışını və gəlirliliyini izləmək; * Çörək, şirniyyat və yarımfabrikat çeşidlərini və tələbatı müəyyənləşdirmək; * Məhsul itkisini azaltmaq və satışları artırmaq; * Gündəlik gəlir və xərclər barədə hesabat vermək. Namizədə tələblər: * İdarəçilik sahəsində iş təcrübəsi; * Çörək, şirniyyat, təndir və ya qida istehsalı sahəsində təcrübəyə üstünlük verilir; * Təşkilatçılıq, məsuliyyət və işçilərlə işləmək bacarığı; * Sifariş, xərc və satış hesablamalarını aparmaq bacarığı. Əməkhaqqı: Namizədin təcrübəsinə və bacarığına əsasən razılaşma yolu ilə müəyyən ediləcək. Yalnız məsuliyyətli, işgüzar və nəticəyönümlü namizədlər müraciət etsinlər. 0706171733 Xanım m.