Tapdı › 🛒 Mallar (yeni/işlənmiş) › Bakı

Xarici dil kursu, İngilis dili, IELTS/TOEFL

120 AZN
⚠️ Bu elan 160 gün əvvəl yerləşdirilib. Vaxtı çox ötüb — qiymət/əlçatanlıq dəyişmiş ola bilər.

Təsvir

Salam! Beynəlxalq TESOL sertifikatlı və IELTS 7.5 (CEFR C1) nəticəli ingilis dili müəllimiyəm. Bir çox tələbənin əsas problemi qrammatikanı və sözləri ayrı-ayrılıqda öyrənməsi, lakin danışarkən onları birləşdirə bilməməsidir. Dərslərimdə Chunking (ifadə blokları ilə öyrənmə) metodundan istifadə edirəm. Bu metod sayəsində tələbə sözləri tək-tək yox, hazır ifadələr şəklində öyrənir və daha sürətli danışmağa başlayır. Dərslərdə istifadə olunan materiallar ✅ Xüsusi hazırlanmış Azərbaycan dili + İngilis dili flashkartlar ✅ Oxford Word Skills əsasında seçilmiş söz bazası ✅ Hər söz üçün real həyatda istifadə olunan cümlələr ✅ Dinləmə və danışıq bacarığını inkişaf etdirən dialoqlar ✅ Audio materiallar və praktiki danışıq tapşırıqları ✅ Sual-cavab əsaslı danışıq məşqləri Məqsəd sadəcə qayda öyrətmək deyil, öyrəndiyiniz söz və ifadələri aktiv şəkildə istifadə etməyinizdir. Kimlər üçün uyğundur? ✔️ İngilis dilinə yeni başlayanlar ✔️ Danışmaqda çətinlik çəkənlər ✔️ Söz ehtiyatını artırmaq istəyənlər ✔️ İş və gündəlik həyat üçün ingilis dilini inkişaf etdirmək istəyənlər Kimlər üçün uyğun deyil? ❌ Ev tapşırığı və təkrar etmədən inkişaf gözləyənlər (Dərsdən kənar praktika olmadan dil inkişafı çox məhdud olur.) ❌ A1 səviyyəsindən qısa müddətdə B1-B2 səviyyəsinə çatacağını düşünənlər (Dil öyrənmək zaman və davamlı çalışma tələb edir.) ❌ Dərsdən kənar ümumiyyətlə məşğul olmaq istəməyənlər Metodika və materiallar nə qədər yaxşı olsa da, nəticə tələbənin öyrəndiklərini təkrar edib praktikada istifadə etməsindən asılıdır. Aktiv iştirak etməyən tələbələrlə əməkdaşlıq davam etdirilmir. Haqqımda • Beynəlxalq TESOL sertifikatı • IELTS 7.5 (CEFR C1) nəticəsi • General English və Speaking Practice üzrə dərslər Sınaq dərsi (ödənişsiz) 🎯 İlk sınaq dərsi tam ödənişsizdir. Bu dərsdə: İngilis dili səviyyəniz müəyyən edilir; Məqsəd və ehtiyaclarınız analiz olunur; İstifadə etdiyim metodika ilə tanış olursunuz; Dil öyrənmə prosesinizlə bağlı tövsiyələr alırsınız; Faydalı platforma və resurslar təqdim olunur. Dərs formatı 📍 Online dərslər 📅 Həftədə 2 dəfə, hər dərs 60 dəqiqə 💰 Fərdi dərslər: aylıq 120 AZN 👥 Qrup dərslərinin qiyməti tələbə sayına uyğun dəyişir. İngilis dilini əzbərləmədən, istifadə edərək öyrənmək istəyirsinizsə, sınaq dərsi üçün əlaqə saxlaya bilərsiniz.