Satılır: 1986-cı il istehsalı vintage şose velosipedi, Sears Free Spirit Dynasty (ABŞ) Tarixçəsi Bu velosipedin öz hekayəsi var. 1986-cı ildə yalnız ABŞ bazarı üçün Koreyada istehsal olunub və Amerikanın məşhur Sears mağazalarında satılıb. Sonra Michigan ştatındakı Northern Michigan University kampusunda qeydiyyata alınıb və illərlə kampus küçələrində sürülüb. Universitetin rəsmi qeydiyyat stikeri “Operation Identification” №1528 bu gün də ramanın üzərindədir Orijinal hissələr: Polad rama, mavi metallik rəng Sükan borusu və çəngəldə qızılı xətli muftalar 10 sürət (2×5), Shimano Positron indeksli sistemi: 80-ci illərin Amerika velosipedlərinə xas, sükan dirəyindən dəyişdirilir Shimano FD-AX50 ön ötürücü, Shimano arxa topu (1985–86 zavod kodları ilə) Yaponiya istehsalı SR sükan dirəyi Qoç buynuzu (dəstə) sükan, əlavə tormoz qolları ilə Təkər ölçüsü: 26 × 1 3/8" (590) Yenilənib və əlavə olunub: Qəhvəyi oturacaq və sükan lenti Kenda pokrışkaları Arxa qanad və ayaq (istəyə görə çıxarmaq olar) Arxa fənər Rock Bros rama çantası 🔎 Rama və model nömrələri yerindədir, mənşəyi yoxlanıla bilər. Şəhərdə gəzinti və vintage kolleksiyası üçün ideal seçimdir: belə velosiped Bakıda nadir tapılır. Qiymətdə razılaşmaq mümkündür.