Peşəkar tikiş avadanlığı dəsti - Sənaye düz tikiş maşını: JACK A7 (elektron idarəetmə paneli ilə). Sakit və qənaətli servo motor, geniş iş masası, inteqrə olunmuş işıqlandırma, avtomatik sap qırma/sap qaldırma və barmaqla asan tənzimləmə funksiyaları. Uzunmüddətli dayanıqlılıq üçün metal konstruksiya, xətkeşli masa üstü və pedallı idarəetmə. - Sənaye overlok: 4/5 iplikli overlok başlığı (iplik stendləri ilə). Kənarların səliqəli emalı, elastik parçalarda sürətli və möhkəm tikiş üçün uyğundur. Sap gərginliyi üçün ayrıca tənzimləyicilər, diferensial yerdəyişmə, yuxarı/alt bıçaq sistemi. Stabil masa, iplik stendi və pedallı idarəetmə daxildir. Uyğunluq və istifadə sahələri: - Geyim istehsalı, atelye və kiçik istehsal xətləri üçün - Pambıq, trikotaj, denim və digər yüngül/orta qalınlıqda parçalar - Birbaşa tikiş, overloklama, kənarların işlənməsi və sürətli seriyalı işlər Dəstə daxildir: - Hər iki avadanlıq üçün möhkəm metal ayaqlı iş masaları - Pedallar, iplik stendləri, iş sahəsi xətkeşləri - Maşınların üzərində quraşdırılmış idarəetmə panel və işıqlandırma Qeyd: Şəkillərdə görünən sap makaraları və aksesuar rəfləri də mövcuddur.