Dekorativ dəmir konstruksiyalı giriş örtüyü Geniş ölçülü bu konstruksiya həyət girişi üçün nəzərdə tutulub və həm qoruyucu örtük, həm də estetik fasad elementi kimi istifadə olunur. Üst hissədə iri ölçülü metal naves yerləşir; tağ formalı ön hissəsi zərif döymə naxışlarla bəzədilib. Konstruksiyanın karkası metal profildən hazırlanıb, dam hissəsi isə örtük materialı ilə bağlanıb ki, giriş sahəsini günəş və yağıntıdan qorusun.