Yasamal rayonunda yerləşən 70,9 m² sahəyə malik kommersiya obyekti icarəyə təklif olunur. Obyekt müxtəlif fəaliyyət sahələri, xüsusilə ofis, xidmət sahəsi, satış və qəbul zonası tələb edən bizneslər üçün uyğun planlanıb. Daxili məkanda geniş açıq sahə, böyük resepsiyon/qəbul masası, iş masaları üçün uyğun yerləşim, vitrin və rəf hissələri mövcuddur. Obyektin ön hissəsi şüşə giriş qapısı və iri vitrin pəncərələrlə təmin olunub ki, bu da həm təbii işıqlandırma, həm də obyektin görünürlüğü baxımından üstünlük yaradır. İnteryerdə müasir işıqlandırma sistemi, dekorativ divar elementləri və taxta görnüşlü döşəmə tətbiq edilib. Texniki təchizat: - Ariston kombi sistemi - Qaz xətti - Mini ATS - UPS sistemi Məkanda kondisioner, radiator istilik sistemi, ayrıca giriş, küçəyə baxan vitrin hissə və rahat iş bölgüsü üçün uyğun planlama mövcuddur. Aylıq icarə haqqı: 2 500 AZN Qeyd: Obyekt uzunmüddətli icarə üçün nəzərdə tutulub. Uzunmüddətli müqavilə bağlandığı təqdirdə icarə haqqına endirim ediləcək. Xidmət haqqı: 30%