Pasiyent köçürmə və sanitar kreslosu (transfer lift chair) - Evdə və klinikada hərəkəti məhdud şəxslərin yataq, kreslo, tualet və duş zonasına təhlükəsiz keçirilməsi üçün nəzərdə tutulub. - Metal möhkəm şassi, 4 ədəd fırlanan təkər və hər təkərdə ayrıca kilid sistemi – manevr və stabillik üçün. - Oturacaq ortası açıq konstruksiya və çıxarılan sanitar vedrə (qab) – tualet funksiyası üçün rahatdır; qab sürüşmə relsi ilə asan çıxarılır/yuyulur. - Ön paneli iki qapılı sistem: qollar yuxarı açılır və mərkəzi kilidlə bağlanır – pasiyentin oturdulması və sabitlənməsi rahatdır. - Təhlükəsizlik kəmərləri və yan qoruyucu tutacaqlar – əlavə fiksasiya və komfort. - Ayaq dayaqları və itələmə tutacaqları – baxıcı üçün ergonomik idarəetmə. - Hündürlüyü tənzimlənən mexanizm (qaldırma sütunu) – fərqli yataq/kreslo hündürlüklərinə uyğunlaşır. - Nəmlik və deterjentə davamlı materiallar; hamamda istifadəyə uyğundur. - Səssiz, iz buraxmayan təkərlər – mənzildə və klinik döşəmələrdə rahat hərəkət. - CE işarələnməsi. İstifadə sahələri: - BÖS, insult, əməliyyat sonrası və yaşlı pasiyentlərin gündəlik köçürülməsi - Evdə qulluq, reabilitasiya mərkəzləri, xəstəxanalar Komplekt: - Təkərli şassi və tənzimlənən oturacaq bloku - Çıxarılan sanitar vedrə - Təhlükəsizlik kəmərləri və ayaq dayaqları