Gaming / Workstation PC | i9-13900K | RTX 3070 Ti | 32GB DDR5 | 1TB SSD Kompüterin bütün hissələrini, hətta korpusuna qədər, şəxsən özüm ABŞ-dan sifariş etmişəm. Sistem yüksək keyfiyyətli və etibarlı brendlərin komponentləri ilə yığılıb. Heç bir detalına qənaət edilməyib. Kompüter demək olar ki, istifadə olunmayıb. Ağır render işləri görülməyib, oyun oynanılmayıb və uzunmüddətli yüksək yüklənməyə məruz qalmayıb. Əsasən yüngül gündəlik işlər üçün istifadə olunub. TEXNİKİ GÖSTƏRİCİLƏR: Prosessor (CPU): Intel Core i9-13900K — 13-cü nəsil, 24 nüvə, 32 axın, 5.8 GHz-ə qədər Videokart (GPU): ASUS TUF Gaming GeForce RTX 3070 Ti OC V2 — 8GB GDDR6X Operativ yaddaş (RAM): CORSAIR Vengeance DDR5 32GB (2×16GB) — 5600 MHz SSD: Samsung 980 PRO 1TB — NVMe M.2 PCIe 4.0 Ana plata (Motherboard): GIGABYTE Z790 AORUS ELITE AX Soyutma sistemi: ARCTIC Liquid Freezer II 360 A-RGB — 360 mm maye soyutma Qida bloku (PSU): CORSAIR RMx Series RM750x — 750W, 80 PLUS Gold Korpus (Case): NZXT H7 Flow — Premium Airflow Case Ventilyatorlar: Ümumilikdə 7 ədəd, effektiv hava dövranı üçün optimallaşdırılmış sistem Əməliyyat sistemi: Windows 11 Pro, 64-bit KORPUS VƏ SOYUTMA: NZXT H7 Flow korpusu yüksək hava keçiriciliyi və səliqəli daxili dizaynı ilə seçilir. Korpus daxilindəki 7 ventilyator və ARCTIC Liquid Freezer II 360 A-RGB maye soyutma sistemi sayəsində effektiv hava axını təmin olunur. Güclü i9 prosessorunun soyudulması üçün keyfiyyətli 360 mm radiatorlu maye soyutma sistemindən istifadə edilib. SATIŞ SƏBƏBİ: İş sistemimi tamamilə MacBook-a keçirdiyim üçün masaüstü kompüterə artıq ehtiyacım yoxdur. Kompüterin işləməsində heç bir problem yoxdur.