Original qol saatlarının alışı – lüks və kolleksiya səviyyəsində modellərə xüsusi maraq Xidmətin istiqaməti: - Yüksək seqment İsveçrə və beynəlxalq brendlərin orijinal qol saatlarının alışı - Bahalı və vintage saatlara üstün maraq: xronoqraflar, ay fazası, “reverso” tipli ikiüzlü korpuslar, məşhur idman xronometrləri və klassik dress modellər - Cartier Tank Must siferblat variasiyaları da daxil olmaqla (klassik Roma rəqəmləri, laklı rənglər – navy, burgundy, green, black, sector dial, oversize Roman, Arabic numerals, guilloché, mother of pearl, meteorit və s.) - Seiko vintage xronoqrafları və “Speed-Timer” seriyaları kimi kolleksiya modelləri Üstünlüklər: - Dəyərində qiymətləndirmə - Sürətli və rahat alış prosesi - Swiss made və digər nüfuzlu markalara peşəkar yanaşma Qeyd: - Yalnız orijinal saatlar üçün alış. - Şəkillərdə təqdim olunan nümunələr istiqamət göstərir: klassik, idman və vintage xəttlər, polad və qızıl korpuslar, timsah qəlibli və metal bilərzik variantları, xronoqraf, ay fazası, gün/tarix göstəriciləri, takimetr bezel və guilloché siferblatlar.