OFİS BİTKİLƏRİNƏ QULLUQ ÜZRƏ İŞÇİ AXTARILIR Şirkətlərdə daxili dekorativ bitkilərə qulluq və servis xidmətləri göstərən şirkətimiz komandamıza bitkilərə qulluq sahəsində bacarığı olan işçi axtarır. İşin əsas vəzifələri: • Ofis və şirkətlərdə dekorativ bitkilərə gündəlik qulluq • Bitkilərin suvarılması və gübrələnməsi • Qurumuş yarpaqların təmizlənməsi və budama • Bitkilərin vəziyyətinin yoxlanılması və problemlərin vaxtında müəyyən edilməsi • Dibçək, torpaq və bitkilərin ümumi vəziyyətinə nəzarət • Müxtəlif şirkətlərdə bitkilərə servis xidməti göstərilməsi Namizədə tələblər: • Bitkiləri tanımalı və onlara qulluq etməyi bacarmalıdır • Aqronomiya, botanika və ya bitkilərə qulluq sahəsində təcrübə arzuolunandır • Diqqətli, məsuliyyətli və səliqəli olmalıdır • Müxtəlif şirkətlərə gedərək işləməyə uyğun olmalıdır • Təcrübəsi olmayan, lakin bitkilərə qulluq sahəsində real bacarığı olan namizədlər də müraciət edə bilər İşçilərimiz müxtəlif şirkətlərə gündəlik olaraq göndərilir və həmin şirkətlərdə bitkilərə planlı şəkildə qulluq xidməti göstərirlər. Müraciət üçün WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz.