Arxa sump sistemli BOYU firmasinin 35×40×35 sm Hazır və oturuşmuş Okean Akvariumu satılır Okean akvariumuna başlamaq istəyən, amma “çox çətindir, çox qulluq tələb edir” deyə tərəddüd edənlər üçün çox gözəl hazır sistemdir. Komplektə daxildir: 🔹 Skimmer 🔹 PopBloom akvarium işığı 🔹 Keyfiyyətli materialdan hazırlanmış altlıq Baxim ucun lazim olan avadanliqlar 🔹 Canlı daşlar 🔹 Anemonlar 🔹 Göbələklər (mushroom corals) 🔹 Xenia 🔹 Zoanthus və digər canlılar Akvarium artıq təxminən 1 ildir oturuşmuş sistemdi. Yəni sıfırdan akvarium qurmaq, bakteriya dövrünü gözləmək, daş-qum seçmək və s. kimi başlanğıc mərhələləri ilə məşğul olmağa ehtiyac yoxdur — hazır sistemi götürüb davam etdirirsiniz. Ən gözəl tərəfi isə baxımının çox sadə olmasıdır. Mən şəxsən ayda bir dəfə təxminən 2–3 litr su dəyişirəm, buxarlanan suyun yerinə isə osmos suyu əlavə edirəm. Baxımı əsasən bundan ibarətdir. Mən özüm bitki akvariumisti kimi və səmimi deyim: bu sistem bitki akvariumundan qat-qat rahatdır.Qiymet 1100 manat. Endirim olacaq