Vakansiya: Satıcı–Bişirici (O to go Market | Cafe) Vəzifə öhdəlikləri: - Mağazada müştərilərə nəzakətli və operativ xidmət göstərmək - Menyuya uyğun məhsulların (qəlyanaltılar, sendviçlər, isti-soyuq içkilər və s.) hazırlanması və vitrinə çıxarılması - Satış prosesinin şirkət standartlarına uyğun icra olunması, kassada əməliyyatların aparılması - Məhsul çeşidlərinin təqdimatı, tövsiyələr və əlavə satışların təşkili - İş sahəsinin təmiz və səliqəli saxlanılması, gigiyena və sanitariya qaydalarına riayət - Anbar/qəbul əməliyyatlarında dəstək, yararlılıq tarixlərinin nəzarətdə saxlanılması - Daxili intizam qaydalarına əməl etmək və xidmət standartlarını rəhbər tutmaq - Birbaşa mağaza müdirinə hesabatlılıq Namizəd üçün tələblər: - Müştəriyönümlülük və ünsiyyət bacarıqları - Komanda ilə işləmək və məsuliyyətli yanaşma - Sürətli iş mühitinə uyğunlaşma, səliqə–təhlükəsizlik normalarına ciddi riayət - Əsas səviyyədə kassadan və POS avadanlıqlarından istifadə bacarığı üstünlükdür İşin üstünlükləri: - İdarə et – İnkişaf et – Uğur qazan şüarı ilə dinamik mühit - Market və kafe konseptində rahat iş atmosferi Əlaqə üçün: nadirxaliovv@gmail.com Qeyd: Telefon nömrəsi şəkildədə mövcuddur.