Tapdı › 🛒 Mallar (yeni/işlənmiş) › Bakı

Hyundai Elantra: 2 l | 2018 il Sedan

22 500 AZN

Təsvir

Salam. Maşın 2 ildir məndədir. Şəxsi avtomobilimdir və daima vaxtında, düzgün qulluq olunub. Mühərrik yağı yeni və karobka yağı texminen bir il olar dəyişdirilib. Maşına hər zaman keyfiyyətli və bahalı yağ istifadə olunub. Mühərrikdə qətiyyən yağ yemə problemi yoxdur. Karobka tam saz vəziyyətdədir, atması, vurması və ya hər hansı problemi yoxdur. Xadavoyunda da heç bir problem yoxdur, maşının altı tər təmizdir. Təkərlər yenidir: arxada 2 ədəd Winda, qabaqda 2 ədəd Nexen. bəzi yerlərdə rəng atmaları var. Rəngsazların dediyinə görə, 600–700 AZN-lik rəngin davamlılığı təxminən 1 il olur. Ona görə də maşını alan şəxsin öz istəyinə uyğun, keyfiyyətli etməsini daha düzgün hesab edirəm. Mən keyfiyyətli rəngin xərcini nəzərə alacağam. Ximçistka xərci də nəzərə alınacaq. Maşına gündüz ARB TV qarşısında, axşam isə Masazırda baxmaq mümkündür. Yalnız real və ciddi alıcılar əlaqə saxlasın. Qiyməti baha hesab edənlər və sadəcə maraq üçün zəng edən şəxslər narahat etməsin. Saat 23:00-dan sonra zəng etməyin. Allah alana da satana da xeyir verisn!