STARK Slash 27.1(27.5") dağ velosipedi satılır. Velosiped keçən il alınıb və cəmi 1 dəfə sürülüb. İstifadə olunmadığı üçün satılır. Əla vəziyyətdədir, alındığı ilk günkü kimi qorunub saxlanılıb. Həm şəhər içi sürüşlər, həm də yüngül off-road üçün uyğundur. Texniki xüsusiyyətlər • Model: STARK Slash 27.1 • Təkər ölçüsü: 27.5" • Çərçivə: Alüminium AL-6061 • Tip: Dağ velosipedi / Hardtail • Ön amortizatorlu çəngəl • Ötürmə sistemi: 3x7, ümumilikdə 21 sürət • Əyləclər: Mexaniki disk əyləclər • Ötürücü: Shimano Tourney arxa dəyişdirici • Shifter: Microshift trigger tipli dəyişdiricilər • İkiqat divarlı halqalar • 2.1" enində dişli dağ şinləri • Rahat dağ tipli sükan və tənzimlənən oturacaq hündürlüyü • Reflektorlu pedallar • Yan dayaqlıq (stopka) Vəziyyəti: Velosiped cəmi 1 dəfə istifadə olunub, sonra qorunan və uyğun şəraitdə saxlanılıb. Heç bir problemi yoxdur, tam işlək vəziyyətdədir. İstəyən şəxs baxış zamanı velosipedi yerindəcə yoxlaya bilər. Qiymət: 439 AZN Cüzi endirimlə razılaşmaq mümkündür.