WORKS MIG250 peşəkar və çoxfunksiyalı 250 amper qaynaq aparatıdır. Aparat həm kontakt (MIG/MAG), həm də elektrod (MMA) qaynaq işləri üçün istifadə oluna bilir.Kontakt qaynaqda məhsulu qaz qoşaraq, həmçinin uyğun qazsız qaynaq simi ilə qaz istifadə etmədən işlətmək mümkündür. Bu xüsusiyyət müxtəlif qaynaq işlərində istifadəçiyə daha geniş seçim və rahatlıq verir.Aparatın içərisində qaynaq simi üçün makara bölməsi mövcuddur. İdarəetmə panelindən iş rejimini və qaynaq parametrlərini tənzimləmək mümkündür. Möhkəm metal korpusu və rahat daşıma tutacağı ilə həm emalatxana, həm də usta işləri üçün əlverişlidir.250A gücə malikdir və bütün əsas aksesuarları komplektə daxildir. Dəmir konstruksiya, təmir, emalatxana və müxtəlif metal qaynaq işlərində istifadə üçün nəzərdə tutulub. Məhsulu nağd, həmçinin tək şəxsiyyət vəsiqəsi ilə hissə-hissə ödənişlə əldə etmək mümkündür.