DERA firmasının yeni və keyfiyyətli isti hava feni müxtəlif təmir, montaj və usta işlərində istifadə üçün nəzərdə tutulmuş praktik məhsuldur. Aparatın arxa hissəsində temperatur göstəricisi və tənzimləmə sistemi mövcuddur, bunun sayəsində işləyəcəyiniz materiala və görüləcək işə uyğun olaraq istilik dərəcəsini rahat şəkildə seçmək və nəzarətdə saxlamaq mümkündür. İsti hava feni boya və yapışqanların yumşaldılması, termobüzüşən materiallarla işləmə, müxtəlif plastik və təmir işləri, səthlərin qızdırılması və digər usta işlərində istifadə oluna bilər. Rahat tutacağı, temperaturun tənzimlənməsi və istifadəsinin sadə olması həm peşəkar ustalar, həm də gündəlik təmir işləri üçün əlverişlidir.