SMM menecer axtarırsınız. Tapdığınız adam bir nəfər olacaq: mətn yazacaq, dizayn edəcək, video çəkəcək, reklam quracaq, mesajlara cavab verəcək, üstəlik hesabat da yazacaq. Altı iş, bir adam. Altısı da orta səviyyədə. Biz isə eyni işi komanda ilə görürük: reklam meneceri, dizayner, operator, montajçı, kontent meneceri və developer. Komandamızda holdinqlərlə və Avropada beynəlxalq brendlərlə işləyən 20 illik təcrübəsi olan mütəxəssislər var. Siz bir nəfərin yox, bir komandanın nəticəsini alırsınız. 📌 BİZ KİMİK Bizneslərə satışı artırmağa yönəlmiş marketinq sistemlər qururuq. Orta Asiyadan Ərəb ölkələrinə və Avropaya qədər uzanan geniş müştəri portfelimiz var. 📌 MÜŞTƏRİLƏRİMİZDƏN BİR NEÇƏSİ - Asena KO MMC Kənd təsərrüfatı və sənaye avadanlıqları istehsalçısı. 28 illik təcrübə, 130-dən çox layihə. Marketinq sistemini biz idarə edirik. Halhazırda Qazaxıstan və Özbəkistan üzərindən satışlar həyata keçiririk. - Emyr Tours Beynəlxalq transfer şirkəti. Ərəb ölkələrindən Avropaya transfer xidməti göstərir. Veb saytını biz qurduq. Reklamları Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və BƏƏ olmaqla dörd ölkədə eyni anda işləyir. - Zümre Gold Tesbih İstanbul Qapalı Çarşıda yerləşən, əl işi qızıl təsbeh istehsalçısı, 30 illik təcrübə. Veb saytını yenilədik, Meta reklamlarını qurduq, video çəkilişi, montajı və kontenti biz hazırladıq. Reklamlardan satış gəlir. Portfelimiz bunlarla bitmir. Digər işləri VI Media Global saytımızda görə bilərsiniz. 📌 NƏLƏR EDİRİK Tələb yaratma: Meta, Google, Yandex və e-ticarət reklamları, retarget, sosial media idarəetməsi, kontent strategiyası, TikTok, LinkedIn, SEO, Google Biznes və Maps. Satışa çevirmə: korporativ sayt, satış səhifəsi, e-ticarət, UX/UI, süni intellekt asistanı və chatbot, avtomatlaşdırma, CRM, satış hunisi, aylıq hesabat. Brend və kreativ: brend strategiyası, loqo və korporativ kimlik, qablaşdırma və kataloq dizaynı, reklam kreativləri, video çəkiliş, montaj, motion qrafika, foto çəkiliş. Hamısını birdən almaq məcburi deyil. Kiçik biznes bir bölmə ilə başlayır. 📌 QİYMƏT HAQQINDA Tək bir qiymətimiz yoxdur. Yeni startap layihə ilə fabrikə eyni qiyməti təklif edə bilmərik. Biznesin ölçüsünə, sektoruna və hədəfinə baxıb rəqəm deyirik. Potensialını gördüyümüz bizneslərlə satışdan pay əsasında da işləyirik: sabit məbləğ yerinə, gətirdiyimiz satışın faizini alırıq. Satış olmasa, bizim də qazancımız olmur. 📌 QEYD Rəsmi müqavilə ilə işləmək istəsəniz, mümkündür. Görüş onlayn və ya yerində keçirilir. 📌 NECƏ BAŞLAYIRIQ Səhifənizin linkini WhatsApp-a göndərin. Boşluqları və rəqiblərinizi yoxlayıb nəyin işlədiyini, nəyin işləmədiyini yazılı göndəririk. Ödənişsizdir, heç bir öhdəlik yaratmır. Uyğun görsəniz 15 dəqiqəlik görüşdə planı və qiyməti danışırıq. SMM xidmət, SMM menecer, SMM paket, səhifə idarəsi, target, targetoloq, reklam xidmətləri, Instagram, İnstaqram reklamı, Reels çəkilişi, post dizaynı, loqo sifarişi, sayt yığılması, veb sayt sifarişi, SEO xidməti, izləyici artımı, TikTok reklamı, Meta reklamı.