Avtomatik Sürgülü Darvazalar Şirkətimiz müasir tələblərə cavab verən, funksional və estetik avtomatik sürgülü darvazaların istehsalı və quraşdırılması ilə məşğuldur. Darvazalar yalnız villalar, bağ evləri və kommersiya obyektləri üçün nəzərdə tutulur. 🔹 Konstruksiya: İstehsalda 10-luq şveller və 40x80x3 mm ölçüdə qutu profillər istifadə olunur. Bu, darvazalara əlavə möhkəmlik və uzunömürlülük qazandırır. 🔹 Panel sistemi: Darvazaların iç hissəsi 45 mm qalınlığında izolyasiyalı panellərlə örtülür. Bu panellər həm istilik, həm də səs izolyasiyası baxımından üstün göstəricilərə malikdir. 🔹 Avtomatlaşdırma: Motor sistemləri İtaliya və Rusiya istehsalıdır. Tətbiq edilən avadanlıq 3 ton ağırlığa qədər qapıların təhlükəsiz və davamlı işləməsini təmin edir. 🔹 Zəmanət: Bütün məhsullarımıza və görülən işlərə 5 il rəsmi zəmanət verilir. 💼 Keyfiyyətli material, peşəkar montaj, uzunmüddətli zəmanət – etibarlı keçid sistemləri üçün doğru seçim!