Mehdiabadda Qarabağ şadlıq sarayının arxasındakı məhələlərdə yerləşən 6 mərtəbəli binanın 2 ci mərtəbəsində 37kv metrlik mənzil satılır. Mehdiabad yerləşməsi baxımından getdikcə daha çox diqqət çəkən ərazilərdən biridir. Bakı şəhərinə və dənizə yaxın olması, əsas yollara çıxışın rahatlığı burada yaşamağı və şəhərə gediş-gəlişi əlverişli edir. Ərazidə marketlər, məktəblər, apteklər, restoran və digər gündəlik xidmət obyektləri də kifayət qədərdir. Bundan əlavə, yeni magistral yol layihəsinin həyata keçirilməsi ilə Mehdiabadın nəqliyyat baxımından daha da əlverişli olacağı gözlənilir. Ərazinin inkişafı, yeni tikililərin və infrastrukturun artması gələcəkdə daşınmaz əmlaka tələbatı da yüksəldə bilər. Bu baxımdan, indiki qiymətlərlə mənzil almaq həm yaşayış, həm də uzunmüddətli investisiya üçün maraqlı seçim sayıla bilər. Ərazi inkişaf etdikcə və nəqliyyat imkanları yaxşılaşdıqca mənzil və torpaq qiymətlərinin də əhəmiyyətli dərəcədə artması potensialı var.