Şəxsi sürücü və təhlükəsizliyin qorunmasi. 35 yaşım var. Bu sahədə uzun illərdir təcrübəm var. Həm peşəkar şəxsi sürücü kimi, həm də şəxsi təhlükəsizliyin qorunması sahəsində çalışmışam. Nüfuzlu dövlət adamlarının və iş adamlarının şəxsi mühafizəsində təcrübəm olub. Şəxsi sürücü kimi ailələrin gündəlik gediş-gəlişində, uşaqların məktəbə, kursa və digər təhsil yerlərinə aparılıb-gətirilməsində, ailə üzvlərinin işə və görüşlərə vaxtında çatdırılmasında xidmət göstərə bilərəm. Mənim üçün sürücülük sadəcə maşını bir yerdən başqa yerə sürmək deyil. Vaxtında gəlmək, təhlükəsiz idarə etmək, yol vəziyyətinə diqqət etmək, sərnişinin rahatlığını düşünmək və ən əsası etimadı qorumaqdır. Xüsusilə uşaqlarla bağlı məsələdə məsuliyyətin daha böyük olduğunu yaxşı başa düşürəm. Avtomobilim Hyundai Grand i10 2025 model, Business kateqoriyalı, komfortlu və səliqəli avtomobildir. Avtomobil şəxsi istifadəm üçündür və sürücü kimi iş zamanı da daim təmiz və baxımlı vəziyyətdə saxlanılır. Təhlükəsizlik sahəsində xüsusi təlimlər keçmişəm. Şəxsi mühafizə işində əsas prinsiplərdən biri olan diqqət, məxfilik və məsuliyyət mənim üçün vacibdir. İş zamanı şəxsin və ailənin şəxsi həyatına hörmət edirəm, görülən işin və danışılan söhbətlərin məxfiliyinə ciddi yanaşıram. Sakit xarakterli, səbirli və məsuliyyətli biriyəm. Lazımsız söhbət və müdaxiləni sevmirəm. Mənim üçün əsas olan işimi düzgün görmək, verilən etimadı doğrultmaq və uzunmüddətli işlədiyim insanın rahatlığını təmin etməkdir. Ailə üçün həm peşəkar sürücü, həm uşaqların gediş-gəlişində etibarlı şəxs, həm də ehtiyac olduğu halda şəxsi təhlükəsizlik təcrübəsi olan bir sürücü axtarılırsa, uyğun ola bilərəm. Uzunmüddətli və qarşılıqlı hörmətə əsaslanan iş təklifləri ilə əlaqə saxlaya bilərsiniz. 0517701717 wapshat.