Tapdı🛒 Mallar (yeni/işlənmiş)Bakı

Fəhlə tələb olunur, 6/1, Aylıq ödəniş

950 AZN

Təsvir

Vakansiya: Fəhlə – ilməkçi (riger) İşin təsviri: • Yüklərin, avadanlıqların, mexanizmlərin və konstruksiyaların daşınması, qaldırılması və quraşdırılması üzrə işlərin icrası • İşə başlamazdan əvvəl tros, kəndir, zəncir, ilgəc və digər takelaj vasitələrinin texniki sazlığının yoxlanılması • Yükün kütləsi və konfiqurasiyasına uyğun tros, kanat, zəncir və xüsusi takelaj ləvazimatlarının seçilməsi və vəziyyətinin nəzarətdə saxlanılması • Yüklərin ümumi kütləsinin və ağırlıq mərkəzinin düzgün müəyyənləşdirilməsi • Çəki, ölçü və ağırlıq mərkəzinə əsasən təhlükəsiz daşınma sxeminin hazırlanması • Yüklərin düzgün strop olunması və təhlükəsiz açılmasının təmin edilməsi • Daşınma zamanı hissələrin tərpənməsinin və düşməsinin qarşısının alınması • İti kənarlı səthlərdə stropların qorunması üçün xüsusi altlıqlardan istifadə • Qeyri-standart, uzunölçülü və iri qabaritli yüklər üçün xüsusi qaldırma və sabitləmə metodlarının tətbiqi • Qaldırıcı qurğularla işləyərkən kran operatorları və digər heyətlə koordinasiya, aydın və dəqiq siqnalların verilməsi • Dar keçidlərdə və mürəkkəb şəraitdə yüklərin dəqiq yerləşdirilməsi Namizədə tələblər: • Müvafiq peşə üzrə iş təcrübəsi (tikinti layihələri üzrə təcrübə üstünlükdür) • Fiziki cəhətdən sağlamlıq və işə davamlılıq • İlməkçi (riger) üzrə etibarlı sertifikatın olması • Tapşırıqların vaxtında və məsuliyyətlə yerinə yetirilməsi • Tikinti sahəsində işləmək istəyi, öyrənməyə açıq olmaq • Əl alətləri ilə işləmək bacarığı (üstünlükdür) İş şəraiti: • İş yeri: Bakı şəhəri, Qala qəsəbəsi • İş qrafiki: 6 günlük iş həftəsi • Əmək haqqı: 950 manat