Santexnika anbarına məsuliyyətli və işgüzar fəhlələr tələb olunur. İşin təsviri: İş qaimə əsasında anbardan santexnika məhsullarının götürülərək yükdaşıyan avtomobillərin qarşısına səliqəli şəkildə yığılmasından ibarətdir. İş şəraiti və üstünlüklər: İş tam rəsmi əmək müqaviləsi əsasında həyata keçirilir. Qeyri-iş və bayram günləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tətbiq edilir. İşçilərin gündəlik qidalanması şirkət tərəfindən tam təmin olunur. Əlavə iş saatları qanunvericiliyə uyğun şəkildə hesablanır və ödənilir. İşçilər üçün əlavə bonus sistemi mövcuddur. Əməkhaqqı işçinin fəaliyyəti və iş təcrübəsi artdıqca yüksəlir. Səliqəli, məsuliyyətli və işində fərqlənən əməkdaşlara müəyyən müddətdən sonra şirkət daxilində daha yüksək vəzifələrə yüksəlmək imkanı verilir. Tələblər: Məsuliyyətli, intizamlı, fiziki işə uyğun və kollektivlə işləməyi bacaran şəxslərə üstünlük verilir. Uzunmüddətli və stabil iş axtaran namizədlər müraciət edə bilərlər. Ünvan Qobu Lökbatan yolu. Əlavə suallarınızı elanda yerləşən nömrəyə zəng edərək öyrənə bilərsiniz. Whatsappa baxılmır yalnız zənglə müraciət edə bilərsiniz.