Tapdı › 🛒 Mallar (yeni/işlənmiş) › Xırdalan

Akvaryum bitkiləri üçün qida dəsti Məhsul tərkibi: - Qida

1 AZN
⚠️ Bu elan 61 gün əvvəl yerləşdirilib. Vaxtı çox ötüb — qiymət/əlçatanlıq dəyişmiş ola bilər.

Təsvir

Akvaryum bitkiləri üçün qida dəsti Məhsul tərkibi: - Qida kapsulları/torpaq kök gübrəsi – bitkilərin kökdən qidalanması üçün gil əsaslı qranullar (əl ilə torpağa basdırılır). - Maye gübrələr: - Nitrat (N) – yarpaq kütləsinin artımı üçün - Fosfat (P) – kök və çiçəklənməni dəstəkləyir - Kalium (K) – hüceyrə möhkəmliyi və rəngin qorunması üçün - Saydeks – yosunların qarşısını alan məhlul Təyinat: - bitkili akvaryumlar üçün kompleks qidalanma və yosun nəzarəti - Yeni qurulumlarda və mütəmadi qulluqda istifadə İstifadə qaydası (ümumi tövsiyə): - Kök qranulları: bitki köklərinin yanına, substrata 2–3 sm dərinlikdə yerləşdirin. - Maye gübrələr: su həcminə görə ayrıca dozalanır; həftəlik rejimdə N, P, K dövri şəkildə verilir, Saydeks yosun göründükdə və ya profilaktik az dozada tətbiq olunur. - Su dəyişmələrindən sonra dozanı uyğunlaşdırın Üstünlüklər: - Kök və su sütunundan balanslı qidalanma - Sürətli böyümə, sağlam yarpaq və intensiv rəng - Yosunların nəzarətdə saxlanması Uyğunluq: - Əksər akvarium bitkiləri və canlılarla uyğun - Təzə su akvaryumlarında istifadəyə yararlı Qablaşdırma: - 4 ədəd maye gübrə şüşəsi: Nitrat, Fosfat, Kalium, Saydeks - Kök qranulları əlqayırma qranul forması ilə təqdim olunur