Biz kimik? Yeni fəaliyyətə başlayan texnologiya şirkətiyik. Komandamızı sıfırdan formalaşdırırıq və güclü, məsuliyyətli, müstəqil işləyə bilən texniki komanda qurmaq istəyirik. Axtardığımız Full Stack Developer yalnız tapşırığı yerinə yetirməməli — problemi analiz edə, araşdıra, texniki həll tapa və işi başından sonuna qədər özü idarə edə bilməlidir. Seçim prosesi İşə qəbul yalnız CV əsasında olmur — namizədin real praktiki bilikləri və problem həll etmə bacarığı yoxlanılır. Dürüstlük, məsuliyyət və öyrənməyə həvəs bizim üçün ən vacib keyfiyyətlərdir. Hər şeyi bilməyən, amma öyrənməyə açıq namizədləri də məmnuniyyətlə dəyərləndiririk. İş barədə İş qrafiki: B.e–C. 09:00–18:00, Şənbə 09:00–13:00 (danışığa əsasən) Əmək haqqı: təcrübə və bacarığa uyğun müəyyənləşir İş yeri: Ofis | Sumqayıt Əsas öhdəliklər Yeni web tətbiqlərin hazırlanması, mövcud sistemlərin inkişafı Frontend və backend işlər, biznes tələblərin analizi REST API və servis inteqrasiyaları Database strukturu və sorğu optimallaşdırması Test, debugging, deployment, production dəstəyi Git, Docker, CI/CD proseslərində iştirak Texniki qərarlarda və arxitektura formalaşmasında rol Praktiki bacarıqlar Mövcud kodu sürətlə oxuyub anlamaq, yeni layihəyə tez uyğunlaşmaq Tapşırığı mərhələlərə bölüb müstəqil planlaşdırmaq Sistemli debugging, öz kodunu və yanaşmasını əsaslandıra bilmək Kod keyfiyyətinə diqqət, yeni texnologiyaları müstəqil öyrənmək Ən vacib xüsusiyyət: Müstəqillik Yanaşma: "Araşdırım → həll yolunu tapım → tətbiq edim → test edim → nəticəni təqdim edim." Dil bilikləri Azərbaycan dili — yaxşı; İngilis/Rus — arzuolunan (məcburi deyil) Kimləri axtarırıq? Real layihələrdə Full Stack təcrübəsi (frontend + backend) C# və ASP.NET Core-da güclü praktiki təcrübə SQL Server biliyi Mövcud kodda dəyişiklik edə bilmək, API/database/deployment anlayışı Problemi özü araşdırıb həll edə bilmək, məsuliyyət götürmək Biz nə təklif edirik? Stabil iş mühiti, yeni şirkətin əsas texniki komandasında yer Sıfırdan layihələr, real biznes problemləri üzərində iş Texniki qərarlarda iştirak, karyera inkişafı imkanları Müraciət Göndərin: CV, gözlənilən əmək haqqı, notice period, GitHub/Portfolio (varsa), real layihə nümunələri, frontend/backend və Docker/CI-CD təcrübəniz haqqında qısa məlumat. 📧 akbarov.chingizkhan@gmail.com Zənglə əlaqə saxlamayın, mütləq şəkildə mail ünvanına cv-zi göndərin.