Uşaq bağçası üçün avadanlıq dəsti - İdman/Təhlükəsizlik matları: 2 hissədən ibarət iri ölçülü, qalın süngər doldurmalı, mavi PVC örtüklü matlar. Sürüşməyə davamlı, asan silinən səth. Bir-birinə bitişik istifadə oluna bilir, müxtəlif oyun və məşq zonaları üçün uyğundur. - Uşaq otağı rəf və şkafları: Rəngarəng (çəhrayı, mavi, ağ, qırmızı, yaşıl) modullu sistem. - Aşağı hündürlüklü geniş rəflər – kitab, oyuncaq və didaktik materiallar üçün. - Alt hissədə dartıqlı çekmecələr. - Künc üçün yarımdairə rəf bloku. - Qapılı dolab bölməsi – qarışıq saxlama üçün. - Üst hissələrdə ev damı formasında dekorativ panellər, uşaqlar üçün cəlbedici dizayn. - Laminat/LDSP tipli materialdan, kənarlar profil ilə qorunmuş. Məkan: uşaq bağçası, məktəbəqədər sinif, inkişaf mərkəzi, oyun otağı və ev uşaq küncü üçün münasib. Matlar təhlükəsiz hərəkət/oyun zonası yaradır, rəf-dolablarsa səliqəli təşkil və sərbəst çıxış imkanı verir. Modullar ayrı-ayrılıqda və ya birlikdə düzülə bilər.