🔴 EV ŞƏRAİTİNDƏ YARIMFABRİKAT SEXİNƏ QADIN İŞÇİ TƏLƏB OLUNUR 45–55 yaş arası qadın işçi axtarılır. 📍 İş başqa məkanda olacaq 🕙 İş qrafiki: Bazar ertəsi–Cümə, 10:00–19:00 🔴 Şənbə və Bazar — istirahət günləri 💰 Gündəlik əməkhaqqı — 25 manat Bizə təcrübəli, cəld, səliqəli, təmizkar və məsuliyyətli qadın işçi lazımdır. ❗İŞÇİYƏ TƏLİM VERMİRİK! İşçi artıq bunları bacarmalıdır: • kələm dolması bükmək • yarpaq dolması hazırlamaq • Kiyev kotletlərini formalaşdırmaq, bükmək və panировка etmək • pendir çubuqlarını hazırlamaq və panировка etmək • sirniki hazırlamaq • naggets hazırlamaq • şnitsel hazırlamaq • toyuq kotleti • ət kotleti ❗ÇOX VACİB — İŞ BİZİM STANDARTIMIZA UYĞUN OLMALIDIR Məhsulları öz üsulunuzla hazırlamağınız kifayət deyil. Bizim öz standartımız var: məhsulun forması, ölçüsü, bükülməsi, panировкаsı və görünüşü bizim tələbimizə uyğun olmalıdır. Bizim daimi müştərilərimiz məhsullarımızın məhz bu şəkildə hazırlanmasına öyrəşiblər. Buna görə “mən həmişə belə edirəm” prinsipi burada keçmir. İş bizim standartımıza uyğun görülməlidir. Sınaq müddəti — 2 gün. ⚠️ İlk 2 gün sınaq müddəti ödənişsizdir. Bu müddət ərzində işçinin sürətinə, səliqəsinə, məhsulun keyfiyyətinə, təmizliyinə və bizim standartlara əməl etməsinə baxılır. 🧹 Saat 18:30-da istehsalat bitir və təmizlik başlayır. Saat 19:00-a qədər: — bütün qablar yuyulmalıdır; — iş yeri tam səliqəyə salınmalıdır; — döşəmələr təmizlənməlidir; — hər şey öz yerinə qoyulmalıdır; — mətbəx şkaflarında və iş sahələrində səliqə qorunmalıdır; — mətbəx tam təmiz vəziyyətdə qalmalıdır. Siz 3–4 nəfərlik komanda ilə işləyəcəksiniz, buna görə mətbəxin təmizliyi hamının məsuliyyətidir. ❗İşdən sonra mətbəxin çirkli qalması qəbuledilməzdir. Bizə cəld işləyən, məhsulları səliqəli formalaşdıran və panировка edən, bizim standartımıza əməl edən, təmizkar və məsuliyyətli qadın lazımdır. ☕ İş zamanı çay və nahar üçün vaxt var. Naharınızı özünüzlə gətirə bilərsiniz. Əgər təcrübəniz varsa və bu işləri həqiqətən bacarırsınızsa, şəxsi mesaja yazın.