Tapdı🛒 Mallar (yeni/işlənmiş)Bakı

🔴 EV ŞƏRAİTİNDƏ YARIMFABRİKAT SEXİNƏ QADIN İŞÇİ TƏLƏB OLUNUR Yalnız

25 AZN

Təsvir

🔴 EV ŞƏRAİTİNDƏ YARIMFABRİKAT SEXİNƏ QADIN İŞÇİ TƏLƏB OLUNUR Yalnız 45–55 yaş arası qadın işçi axtarılır. 📍 İş qrafiki: Bazar ertəsi–Cümə 🕙 10:00–19:00 🔴 Şənbə və Bazar — istirahət günləri 💰 Gündəlik əməkhaqqı — 25 manat Bizə təcrübəli, cəld, səliqəli, təmizkar və məsuliyyətli qadın işçi lazımdır. ❗İŞÇİYƏ TƏLİM VERMİRİK! Əgər gürzə, düşbərə, xəngəl, pelmeni və digər məhsulları hazırlamağı bilmirsinizsə, xahiş edirik müraciət etməyin. İşçi artıq bunları bacarmalıdır: • səliqəli və düzgün gürzə bükmək • pelmeni • xəngəl / vareniki • çebureki • xırda düşbərə • yarpaq və kələm dolması • ləvəngi ruleti • ləvəngi içlikli toyuq döşü ruleti • blinçik hazırlamaq, qızartmaq və səliqəli bükmək • Kiyev kotleti • toyuq kotleti • ət kotleti • sirniki Hər gün müxtəlif məhsul hazırlanır. Bir gün gürzə, digər gün pelmeni, digər gün düşbərə, vareniki, dolma, kələm dolması və s. Sınaq müddəti — 2 gün. ⚠️ İlk 2 gün sınaq müddəti ödənişsizdir. Çünki əvvəllər “bacarıram” deyib işə gələn, lakin praktiki olaraq heç nə bacarmayan işçilərlə bağlı çətin hallarımız olub. Buna görə işçinin real bacarığını, sürətini və səliqəsini əvvəlcədən görmək istəyirik. Əgər həqiqətən təcrübəlisinizsə və işi bilirsinizsə, sınaq müddətindən keçmək sizin üçün problem olmayacaq. 🧹 Saat 18:30-da məhsul hazırlığı bitir və təmizlik başlayır. Saat 19:00-a qədər: — qablar yuyulmalıdır; — iş səthləri təmizlənməlidir; — döşəmələr silinib/yuyulmalıdır; — bütün əşyalar öz yerinə qoyulmalıdır; — iş yeri tam təmiz vəziyyətdə saxlanılmalıdır. Siz 3–4 nəfərlik komanda ilə işləyəcəksiniz, buna görə təmizlik hamının məsuliyyətidir. ❗Mətbəx çirkli qalarsa, bu ciddi nöqsan hesab olunur. Səliqəsiz və təmizliyə məsuliyyətsiz yanaşan işçilərlə işləməyəcəyik. Bizə cəld işləyən, boş dayanmayan, işi sürətli və düzgün görən, səliqəli, təmizkar və məsuliyyətli qadın lazımdır. ☕ İş zamanı çay və nahar üçün vaxt var. Naharınızı özünüzlə gətirə bilərsiniz. Əgər həqiqətən təcrübəniz varsa və bu işləri bacarırsınızsa, şəxsi mesaja yazın.