Peşəkar mətbəxlər üçün havalandırma və tüstü çıxarma sistemləri - Restoran, kafe, çörəkxana və istehsal mətbəxləri üçün paslanmayan poladdan hazırlanmış aspirasiya başlıqları (zonatlar), tüstü bacaları və hava kanalları - Dairəvi və kvadrat galvaniz hava kanalları, dirsəklər, keçidlər, flanşlı birləşmələr - Güclü mətbəx çıxarış ventilyatorları və səssizləşdirici elementlər - Yağ tutucu filtrlər, qoxu və yağ buxarının tutulması üçün çoxpilləli sistem - Xarici fasadda hava atışı üçün kollektor və deflektor qurğuları - Quraşdırma üçün asma zəncirli/kronşteynli sistemlər - Böyük ocaq/soba üzərində geniş örtüklü zonatlar, açıq manqal və şiş kabab bölmələri üçün tüstü yığma şkafı - Yüksək temperaturlara davamlı materiallar, asan təmizlənən hamar səthlər - Servis keçidləri və təmir baxış qapaqları ilə rahat istismar - Mətbəx planına uyğun ölçü və konfiqurasiya seçimi: ada tipli, divar tipli, alçaq tavanlı məkanlar üçün həllər Təyinat: - Yağlı buxar, tüstü və qoxuların effektiv toplanması və çölə atılması - İş mühitində temperaturun və hava keyfiyyətinin sabit saxlanması - Sanitar norma və təhlükəsizlik tələblərinə uyğunlaşdırma Dəstək: - Ölçüləndirmə, layihələndirmə, istehsal və montaj - Mövcud sistemlərin modernizasiyası və hava axınının balanslanması Şəkillərdə: sənaye tip zonatlar, daxili-dairəvi kanallar, dam/fasad atışı üçün kollektorlar və mətbəx manqal bölməsi üçün tüstü yığma qurğusu nümunələri göstərilib.