Yataq otağı mebel dəsti — bordo və qara Satılır tam yataq otağı mebel dəsti. Bütün elementlər eyni üslubda, bordo və qara rəng kombinasiyasında hazırlanıb. * 2 ədəd güzgülü kupe şkaf — hər biri 2 qapılı, iri güzgü panelli sürgülü sistem. Geyim, tekstil və digər əşyalar üçün geniş saxlama sahəsi, rəflər və asılqan bölmələri. * Yazı / iş masası — bordo rəngli üst səth və qara karkas. Kilidli siyirmə açarı ilə, yan hissələrdə açıq rəflər və klaviatura üçün dartılan rəf. * Çarpayı 140 × 200 sm — qara çərçivə və bordo panelli düz başlıq. Matras qiymətə daxildir. Komplekt: 2 kupe şkaf + iş masası + çarpayı + matras